Əfqan Sadıqov Gürcüstanda saxlanıldı

   Əfqan Sadıqov Gürcüstanda saxlanıldı
  04 Avqust 2024    Oxunub:355
Azərbaycanlı jurnalist Əfqan Sadıqov Tbilisidə Gürcüstan daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
AzVision.az xəbər verir ki, jurnalistin həyat yoldaşı Sevinc Sadıqova onun saxlanılma anının görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

Məlumat üçün qeyd edək ki, məsələ ilə bağlı vəkil Rüfət Səfərov sosial şəbəkədə Azərbaycan hüquq-mühafizə orqanlarının Əfqan Sadıqovun barəsində cinayət işi başladığını yazıb:

“Jurnalist hədə-qorxu yolu ilə tələbetmədə ittiham olunur. O, beynəlxalq axtarışa verilib. Azərbaycan tərəfinin sorğusuna uyğun olaraq, jurnalistin ekstradisiya ediləcəyi gözlənilir”.

Qeyd edək ki, Əfqan Sadıqov əvvəllər də eyni maddə ilə həbs olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti