Gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü

   Gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü
  04 Avqust 2024    Oxunub:289
Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın Gəncədə xəstəxanada dünyasını dəyişib.
“Qafqazinfo”nun məlumatına görə, 66 yaşlı Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti