Dürdanə Ağayeva vəfat edib

   Dürdanə Ağayeva vəfat edib
  04 Avqust 2024    Oxunub:1263
Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva vəfat edib.
AzVision.az xəbər verir ki, D. Ağayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırım zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.

D. Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.

AzVision.az


Teqlər:





Xəbər lenti