"F-16-nın dəstəyini hiss edirik" - Ukraynalı zabit

 "F-16-nın dəstəyini hiss edirik"  - Ukraynalı zabit
  05 Avqust 2024    Oxunub:1765
"Ukrayna müdafiə qüvvələri artıq cəbhədə Qərbin F-16 qırıcılarının dəstəyini hiss edir".
AzVision.az xəbər verir ki, bunu Yakov Qandzyuk adına 59-cu əlahiddə motoatıcı briqadanın zabiti Sergey Çexotski KİEV24-ə açıqlamasında deyib.

800 min ukraynalı yoxa çıxıb - "Financial Times"
Belə ki, zabit cəbhə xəttində xidmət aparan hərbçilərin bu müasir təyyarələrin işə başlamasını hiss edib-etmədiyi ilə bağlı suala qısa cavab verib: “Bəli, artıq bunu hiss etmişik, amma təfərrüatları sizə açıqlamayacağam”.

Onun sözlərinə görə, F-16-lar artıq cəbhədə öz işlərini görürlər.

“Bu gün artıq dövlətimizi təmsil edən rəhbər şəxslər düşmənin lazım olan məlumatları vaxtından əvvəl söyləməməyi öyrənib. Bu, bizi çox sevindirir. Düşməni daim aldatmaq, azdırmaq, hiyləgərlik etmək lazımdır. Ona əlimizdə olan ən kiçik bir şeyi belə göstərməməliyik ki, gələcəkdə nə edəcəyimizi bilməsinlər. Qoy onlar hər zaman surprizlər gözləsinlər və bu yolla biz öz qələbəmizi daha da yaxınlaşdıracağıq”, - Çexotski vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Cəbhə  





Xəbər lenti