Ruslar Britaniyadakı Ukrayna hərbçilərini dronla izləməyə çalışırlar - The Times

Ruslar Britaniyadakı Ukrayna hərbçilərini dronla izləməyə çalışırlar - The Times
  05 Avqust 2024    Oxunub:1795
Britaniya əsgərlərinə rus agentlərlə bağlı xəbərdarlıq edilib. Xəbərdarlıqda bildirilib ki, rus casusları Ukrayna qoşunları haqqında məlumatlar əldə etmək üçün Britaniya hərbi bazaları üzərində pilotsuz təyyarələr uçurda bilərlər.
Bu fikirlər “The Times”da dərc olunan məqalədəndir.

"F-16-nın dəstəyini hiss edirik" - Ukraynalı zabit
Nəşr Britaniya əsgərlərinə paylanmış təlimatlara istinad edib. Müəllif yazıb ki, Rusiya kəşfiyyat xidməti kod adı “İnterfleks” olan və 34 min ukraynalı yeni əsgərin təlimi üçün nəzərdə tutulmuş əməliyyatlara əhəmiyyətli dərəcədə maraq göstərib.

Rusiya agentləri bazalar üzərində pilotsuz təyyarələr uçurmaqla yanaşı, hərbi məlumat əldə etmək üçün həm onlayn qaydada, həm də şəxsən ordu təlimçiləri ilə əlaqələr saxlamağa cəhdlər edirlər.

“Hökumət bizim hərbi qurumlarımızın təhlükəsizliyinə çox ciddi yanaşır. Canlı qüvvələrimizi və obyektlərimizi qorumaq üçün bir sıra güclü tədbirlər görülür”, - Müdafiə Nazirliyinin sözçüsü bildirib.

O da vurğulanıb ki, Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin təlimi ilə bağlı real casusluq tədbirləri ilə yanaşı, təxribat təhlükələri də mövcuddur.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Casus   Rusiya  





Xəbər lenti