29 aptekdə yoxlama aparılıb

29 aptekdə yoxlama aparılıb
  05 Avqust 2024    Oxunub:1183
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.
Mərkəzdən AzVision.az -a verilən məlumata görə, bu ilin iyul ayı ərzində Bakı şəhəri üzrə 29 aptekdə yoxlama aparılıb, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib.

Aparılan yoxlamalar nəticəsində 5 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti