Ruslar Belarusa “S-300” lər hədiyyə edib

Ruslar Belarusa “S-300” lər hədiyyə edib
  10 İyul 2014    Oxunub:1054
Rusiya Müdafiə Nazirliyi “S-300” zenit raket komplekslərinin ödəniş olmadan Belarusa verilməsi barədə saziş imzalayıb.
AzVision.az-ın Ruysiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Minsk şəhərində keçirilən “MİLEX-2014” sərgisində çıxışı zamanı Rusiya hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidməti direktorunun üavini Konstantin Biryulin bildirib.

Biryulinin sözlərinə görə, hazırda belarus tərəfi sazişin şərtləri ilə tanış olur. O, Belarusa nə qədər “S-300” veriləcəyini açıqlamayıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Rusiya müdafiə naziri Sergey Şoyqu nazirliyin Belarusa dörd ədəd “S-300” zenit raket kompleksi verəcəyini bəyan etmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti