Ukraynada 4 azərbaycanlı girov götürülüb

Ukraynada 4 azərbaycanlı girov götürülüb
  10 İyul 2014    Oxunub:799
Ukraynanın Donetsk vilayətində hökumət əleyhinə olan silahlılar bir azərbaycanlı ailənin 4 üzvünü girov götürüblər.
Bu barədə APA-ya girov götürülənlərin qardaşı, Ukrayna vətəndaşı olan azərbaycanlı iş adamı Ramiz Qasımov məlumat verib.

O qeyd edib ki, Donetsk vilayətinin Snejnoye şəhərində əvvəlcə böyük qardaşı Rövşən Qasımov həyat yoldaşı və oğlu, daha sonra isə digər qardaşının oğlu, 18 yaşlı Elvin Rasim oğlu Qasımov girov götürülüb: “Ukrayna güc strukturlarının köməkliyi ilə qardaşım Rövşəni və ailəsini azad edə bildik. Onları döymüşdülər. Digər qardaşımın oğlu Elvin isə hələ də girovluqdadır. Onun başına gələnlər barədə məlumatsızıq. Silahlılar bizə heç bir tələb də göndərmirlər”.

R. Qasımov bildirib ki, onlar Donetskdə fermer kimi fəaliyyət göstərirlər.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, hadisə ilə bağlı onlara məlumat daxil olduğunu bildirib: “Ailədən Ramiz Qasımov özü mənə də zəng elədi. Hazırkı vəziyyəti öyrəndim. Hazırda Daxili İşlər Nazirliyinin səfirliyimizdəki nümayəndəsi bu barədə təlimatlandırılıb və yerli güc strukturları ilə birgə Elvin Qasımovun azad edilməsi ilə məşğul olur. Lazımı tədbirləri həyata keçiririk və ailə ilə mütəmadi əlaqə saxlayırıq”.


Teqlər:





Xəbər lenti