İran hava hücumundan müdafiəni gücləndirir

   İran hava hücumundan müdafiəni gücləndirir
  07 Avqust 2024    Oxunub:819
İranın İsrailə qarşı mümkün cavab əməliyyatı çərçivəsində ölkənin hava hücumundan müdafiə qüvvələri daha çox radar, raket və dron sistemləri ilə möhkəmləndirilir.
AzVision.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi "IRNA" məlumat yayıb.

Bildirilir ki, İran Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, briqada generalı Əlirza Səbahifərd bu istiqamətdə görülən işlərə şəxsən diqqət yetirir.
Yaxın Şərqin atəşi: ABŞ söndürmək, yoxsa qızışdırmaq istəyir?

Xatırladaq ki, ötən günlərdə Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca İranın ali dini lideri Əli Xamenei İsraili günahlandıraraq, bu ölkəyə hücum əmri verib. Belə bir vəziyyət Yaxın Şərqdəki münaqişənin şiddətini və miqyasını daha da artırıb. Öz növbəsində, ABŞ da regiona hərbi qüvvələr göndərib, eyni zamanda, tərəfləri, xüsusilə İranı təmkinli davranmağa çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   münaqişə  





Xəbər lenti