Əhməd İsmayılov: İnformasiya mühitinə kənardan təhdidlər artır

      Əhməd İsmayılov:    İnformasiya mühitinə kənardan təhdidlər artır
  08 Avqust 2024    Oxunub:930
Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır. Həmçinin informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur.
Bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib. Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qaydada aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır:

"Azərbaycanın peşəkar jurnalistləri bir tərəfdən cəmiyyətin ictimai əhəmiyyətli informasiya ilə təmin edilməsində, digər tərəfdən ölkəmizin informasiya mühitinin çirkləndirilməsi cəhdlərinin qarşısının alınmasında, müxtəlif yönləndirici manipulyasiyaların vaxtında müəyyənləşdirilib təsir dairəsinin minimuma endirilməsində fəallıq göstərir.

İctimai rəyi çaşdırmağa, Azərbaycan haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığı daha da artırmaq lazımdır. Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməkdədir".

AzVision.az


Teqlər:





Xəbər lenti