Ombudsmandan beynəlxalq ictimaiyyət çağırış
Müraciətdə deyilir: "Tarixin müxtəlif dövrlərində, xüsusilə ötən əsrdə yüz minlərlə soydaşımız indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınmış, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilmiş, müxtəlif ağır xəsarətlər almış, həmçinin əsir və itkin düşmüş, girov götürülmüşdür. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində azərbaycanlıların fundamental insan hüquq və azadlıqları kobud şəkildə pozulub".
Qeyd edilib ki, Azərbaycan ombudsmanı Ermənistanın azərbaycanlılara qarşı törətmiş olduğu nifrət cinayətləri və nifrət nitqlərinə dair xüsusi hesabatlar və videomaterial hazırlayaraq aidiyyəti beynəlxalq təşkilatlara təqdim edib.
AzVision.az
Teqlər: