“Azərkosmos” Botsvanada peyk xidmətlərini təqdim edəcək

   “Azərkosmos” Botsvanada peyk xidmətlərini təqdim edəcək
  08 Avqust 2024    Oxunub:960
“Azərkosmos” Cənubi Afrikada yerləşən Botsvana dövlətinin Mülki Aviasiya İdarəsi ilə əməkdaşlığa başlayıb
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) məlumat verib.Sözügedən dövlət qurumu ilə imzalanmış uzunmüddətli tərəfdaşlıq müqaviləsi sayəsində Botsvanada “Azerspace-1” peykinin yerüstü rabitə və data xidmətləri təqdim olunacaq.

Qeyd edək ki, “Azerspace-1” peykinin C yayım zolağının Afrika şüası üzrə Botsvanaya peyk data xidmətinin verilməsi ilk dəfə olaraq həyata keçirilir.

“Azərkosmos” təkcə Cənubi Afrikada yerləşən 13 dövlətdən 6-na peyk xidmətləri təqdim edir. Botsvana ilə qurulmuş bu əməkdaşlıq Cənubi Afrika ölkələrində həyata keçirilən irihəcmli data layihələrində “Azerspace” peyklərinin xidmətlərinin istifadəsini genişləndirəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti