`Azərbaycanın güclənməsindən narahatıq` - Sarkisyan

`Azərbaycanın güclənməsindən narahatıq` - Sarkisyan
  10 İyul 2014    Oxunub:982
Erməni xalqı Rusiyanın Azərbaycana silah satmasından narahatdır.

AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Argentinanın “La Nacion” qəzetinə müsahibəsində bildirib.

- Azərbaycan Türkiyənin strateji tərəfdaşıdır və Ankara Dağlıq Qarabağ məsələsində birmənalı olaraq rəsmi Bakını dəstəkləyir. Bu məsələyə münasibətiniz necədir?

- Ermənistan-Türkiyə sərhədində heç bir gərginlik yoxdur. Ermənistan və Azərbaycan arasında isə gərginlik var. Bu gərginlik Azərbaycan tərəfindən yaradılır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ münaqişəsinin üç prinsip əsasında həll olunmaını təklif edirlər: gücün tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə.

- Ancaq ötən ilin sentyabrında Azərbaycan prezidenti Dağlıq Qarabağın Azərbaycana qaytarılmayacağı təqdirdə, Yerevanı ələ keçirəcəklərini bildirmişdi. Hazırda vəziyyət sülhə yoxsa müxalifətə doğru gedir?

- Biz müharibənin başlayacağını istisna etmirik. Lakin mən hesab edirəm ki, Azərbaycan bu cür hərbi manevrlər etmək üçün imkanlara malik deyil. Həqiqətən də onlar hərbi texnika və silahların alınmasına xeyli vəsait xərcləyirlər, lakin bu onların qələb qazanacağına zəmanət vermir.

Son illərdə Rusiyanın Azərbaycana iki milyard dollar həcmində silah satmasına münasibətiniz necədir?

- Bu mövzu olduqca ağrılıdır və bizim xalqımız strateji tərəfdaşımızın Azərbayaca silah satmasından narahatdır. Lakin mən Ermənistanın öz sərhədlərini qoruyacağına əminəm. Rəsmi bakıya silah satmasına baxmayaraq bizim üçün çətin bir vaxtda Rusiyanın öz öhdəliklərini yerinə yetirəcəyinə əminəm.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti