İqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan növbəti konfrans Naxçıvanda keçirilib - FOTOLAR

İqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan növbəti konfrans Naxçıvanda keçirilib -    FOTOLAR
  08 Avqust 2024    Oxunub:771
İqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində Azərbaycanda həyata keçirilən ardıcıl tədbirlər və yerlərdə bu sahədə görülən işlər Naxçıvan Muxtar Republikasında təşkil olunan konfransda müzakirə olunub.
AzVision.az xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Naxçıvan Muxtar Respublikası Ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev çıxış edib.

“İqlim dəyişikliyi ilə mübarizədə görülən tədbirlər və iqlim dəyişikliklərinin ətraf mühitə təsirləri, alternativ enerjidən istifadə" mövzusuna həsr edilən konfransda COP29 gündəliyindən irəli gələn məqsədlər və onların Muxtar Respublikada yerinə yetirilməsi ilə bağlı hesabatlar dinlənilib.

Konfrans beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin və yerli mütəxəssislərin iştirakı ilə panel sessiyalarla davam edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvana səfəri çərçivəsində Babək rayonunun Xalxal kəndi yaxınlığında 40 hektar sahədə tikilib istifadəyə verilmiş “Naxçıvan Günəş Elektrik Stansiyası”na baxış keçirib, yaşıl enerjiyə keçid istiqamətində görülmüş işlərlə tanış olub.

Qeyd edək ki, “Naxçıvan Günəş Elektrik Stansiyası” “Qaradağ Günəş Elektrik Stansiyası” istismara verilənə qədər Azərbaycanın ən böyük günəş elektrik stansiyası hesab edilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti