ABŞ Yaxın Şərqə "F-22" qırıcıları göndərib

   ABŞ Yaxın Şərqə "F-22" qırıcıları göndərib
  09 Avqust 2024    Oxunub:985
ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdə İsrail və İran arasında mümkün genişmiqyaslı toqquşmaya müdaxilə məqsədilə göndərdiyi qoşunlara əlavə kimi havadan dəstəyi artırıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.

İsrailli həmkarı Yoav Qallantla telefon danışığı apardığını diqqətə çatdıran "Pentaqon" rəhbəri:

"Bu gün regiona gələn "F-22 Raptor" hərbi təyyarələri təcavüzkarlığın qarşısını almaq, İsraili və buradakı digər ABŞ qüvvələrini qorumaq məqsədi daşıyır", - "X"də yazıb.
Yaxın Şərqin atəşi: ABŞ söndürmək, yoxsa qızışdırmaq istəyir?

O həmçinin Qəzza zolağında atəşkəs və əsir mübadiləsi ilə bağlı sazişin tezliklə bağlanmasının vacibliyini vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Yaxın-Şərq   qırıcılar  





Xəbər lenti