HƏMAS-ın yeni lideri İsraillə barış istəyir

   HƏMAS-ın yeni lideri İsraillə barış istəyir
  09 Avqust 2024    Oxunub:1190
Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin sui-qəsdlə öldürülməsinin ardınca onu əvəzləyən Yəhya Sinvar İsraillə mümkün razılaşmadan danışıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı HƏMAS nümayəndələrinə istinadən məlumat yayıb.

Belə ki, Yəhya Sinvar İranın müdaxiləsi nəticəsində regionda mümkün eskalasiyada maraqlı deyil. O, vəziyyət daha da gərginləşmədən İsraillə atəşkəs və əsir mübadiləsi ilə bağlı saziş bağlamaq niyyətindədir. HƏMAS nümayəndələri vurğulayırlar ki, o bu məqsədlə qruplaşmanın Qəzza zolağından kənardakı digər rəhbər şəxslərini bu saziş üzrə razılığa gəlməyə çağırıb.

Məlumata əsasən, Sinvarın Tehranla, habelə təşkilat rəhbərliyi ilə münasibətləri gərgin vəziyyətdədir. Görünür ki, yeni liderin belə "qətiyyətsiz" addımı məhz bu, ya digər qüvvələrib təzyiqi nəticəsində baş verir. Sinvar həmçinin İsraillə razılaşma barədə danışıqlara Qətərin də vasitəçiliyindən narazıdır. O danışıqlarda "yalnız öz tərəfdarlarını: müavini Xəlil Əl-Həyyanı, eləcə də 7 oktyabr hücumundan qabaq Livanın paytaxtı Beyruta qaçmış yüksəkrütbəli komandir Qazi Həmədi görmək istəyir".
ABŞ Yaxın Şərqə "F-22" qırıcıları göndərib

Digər tərəfdən, HƏMAS rəhbərinin razılığa gəlmək fikri İranın mümkün hücumundan narahat qalaraq Yaxın Şərqə qoşunlar, hərbi təyyarələr göndərən ABŞ-ni də razı sala bilər. Bu barədə hələlik Vaşinqtonun rəsmi mövqeyi bildirilməsə də, maraqlıdır ki, "Pentaqon" rəhbəri Lloyd Ostin israilli həmkarı Yoav Qallantla telefon danışığında "sazişin tezliklə bağlanmasının vacibliyinə" eyham vurub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   İsrail   ABŞ   münaqişə   saziş  





Xəbər lenti