Aİ Fələstinə 43 milyon avroluq yardım göndərəcək
Aİ-nin region üzrə nümayəndəsinin müavini Mariya Velaskonun sözlərinə görə, yardım əsasən səhiyyə və təhsil sahələrində çalışan dövlət qulluqçularına, habelə təqaüdçülərə şamil olunacaq.
Bildirilir ki, İsrailin Fələstinə məxsus vergi fondlarını məhz öz adından toplayaraq ona yalnız Norveç vasitəsilə göndərməsi hökumətdə maliyyə problemləri yaradır. Son günlərdə isə İsrail Norveçin Fələstini rəsmi şəkildə tanımasına cavabən vəsait göndərməyi tamamilə dayandırıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: Avropa-İttifaqı Fələstin yardım