Kükürd qazlı termal sular niyə təhlükəlidir? - Açıqlama

   Kükürd qazlı termal sular niyə təhlükəlidir? -   Açıqlama
  12 Avqust 2024    Oxunub:972
Məlum olduğu kimi, iyulun 30-u Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib. Baş verən hadisədən sonra qabaqlayıcı tədbir kimi sözügedən su ərazisinin ətrafı kustar üsullarla müvəqqəti olaraq qapadılıb.
Hərbçilərin öldüyü "İstisu" bulağı yenidən açılacaq? - VİDEO
Kükürd qazlı termal sular, təbii olaraq tərkibində kükürd olan mineral sulardır. Bu sular ümumiyyətlə yer səthindən qalxan, yeraltı səviyyədən gələn və yüksək temperatura malik sulardır. Bu sular müalicəvi məqsədlər üçün istifadə olunur. Lakin müalicəvi olsa da, zərərli yanları da vardır. Uzun müddət kükürd qazlı termal sularda çimmək dərinin qoruyucu təbəqəsinə zərər verə bilər və bəzi hallarda dəridə daha ciddi problemlərə səbəb ola bilər.

Bununla belə kükürd qazı yüksək konsentrasiyada inhalasiya edildikdə, tənəffüs yollarında qıcıqlanma, öskürək, baş ağrısı, astma simptomlarının artması, dəridə qızarıqlıq, səpki və ya digər allergik reaksiyalara səbəb olur. Əgər hər hansı bir şəxsin tibbi problemi, məsələn, allergiyası varsa, termal sularda çimməzdən əvvəl həkim məsləhət alması vacibdir. Bu sularda çimdikdən sonra dərini və gözləri təmiz su ilə yaxşıca yumaq qıcıqlanmanın qarşısını almağa kömək edə bilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla AzVision.az -a bildirib ki, yerin təkindən çıxan müxtəlif termal suların müalicə əhəmiyyəti olsa da, həkim məsləhəti olmadan istifadəsi məsləhət deyi:

"Bu cür sularda özbaşına çimmək və onlardan başqa məqsədlər üçün istifadə etmək təhlükəlidir. Bu gün termal sular ətrafında sanatoriya, kurort müəssisələri inşa edilir və onlar təyinatı üzrə həkim nəzarəti altında insanlara xidmət edir.

Tam nəzarətsiz olan yerlərdə çimmək qəti məqsədəuyğun deyil. Əvvəla, suyun tərkibinin təhlükəli olması insan həyatı üçün təhlükə yarada bilər. Bu baxımdan hesab edirəm ki, əslində orada səhvə yol verildiyinə görə bu cür hadisə baş verib. Qida borusuna, nəfəs yollarına termal sularda olan toksik təsirli maddələrin daxil olması zəhərlənməyə gətirib çıxa bilər".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   kükürd   termalsular   xəstəlik  





Xəbər lenti