“BakıKart” tətbiqi işləmir

   “BakıKart” tətbiqi işləmir
  09 Avqust 2024    Oxunub:727
“BakıKart” tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşırlar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AzVision.az -a bildirilib ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır.

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, - AYNA-nın açıqlamasında bildirilir.

Qeyd edək ki, “BakıKart”da yaranmış texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə edə bilmirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti