Neft daşlarında dalğanın hündürlüyü iki metri keçib

Neft daşlarında dalğanın hündürlüyü iki metri keçib
  11 Avqust 2024    Oxunub:750
Avqustun 11-i saat 9:30-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı: Gədəbəy, Zaqatala, Şəki, Qax, Laza (Qusar), Balakəndə 1 mm-dək olub.

Əvvəlcədən verildiyi kimi şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 23 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Lerik, Daşkəsən, Göygöl, Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.
AzVision.az


Teqlər:





Xəbər lenti