Ukraynanın şərqində gərginlik davam edir

Ukraynanın şərqində gərginlik davam edir
  10 İyul 2014    Oxunub:978
Ukraynanın Luqansk vialyətində hava limanının yerləşdiyi rayonda şiddətli döyüşlər gedir
Bundan başqa Ukrayna ordusunun sepratçıların mövqeyinə hava zərbələri endirdiyi xəbər verilir. Atışma nəticəsində qaz kəməri partlayıb, nəticədə 10 min ailə mavi yanacaqsız qalıb. Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqindəki son vəziyyəti Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla telefon danışığında müzakirə edib. Bu arada Avropa İttifaqı Ukrayna ilə bağlı sanksiya siyahısını genişləndirib. Siyahıya Rusiya və Ukrayanın daha 11 vətəndaşının adı daxil edilib.


Teqlər:  





Xəbər lenti