TƏBİB Göygöl və Gəncədəki hadisə ilə bağlı açıqlama yaydı

   TƏBİB Göygöl və Gəncədəki hadisə ilə bağlı açıqlama yaydı
  11 Avqust 2024    Oxunub:1107
TƏBİB Göygöl və Gəncə şəhərlərində baş vermiş qida zəhərlənməsi ilə bağlı məlumat yayıb.
Qurumdan AzVision.az -a bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına 3 fərqli ərazidən ümumilikdə 50 nəfər qida zəhərlənməsi şübhəsi ilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

38 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 12 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağırdır.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına xəstəxanaya isə 13 nəfər qida zəhərlənməsi şübhəsi ilə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 50 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 46 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti