Üç ölkə İrana xəbərdarlıq ünvanlayıb

   Üç ölkə İrana xəbərdarlıq ünvanlayıb
  12 Avqust 2024    Oxunub:1050
Britaniya, Almaniya və Fransa hökumətləri İranı İsrailə qarşı hücumdan çəkindirmək üçün birgə bəyanat yayıb.
Bəyanat diqqətə çatdırır ki, İran və İsrail arasında mümkün müharibə Qəzzadakı vəziyyəti daha da ağırlaşdıra, atəşkəs və əsir mübadiləsi üzrə danışıqlara zərər verə bilər.

"Regionda artan gərginlikdən çox narahatıq. Sabitliyə qarşı sadiqliyimizi birlikdə təkrarlayırıq. İran və müttəfiqləri istənilən hücumdan çəkinməli, regionu genişmiqyaslı müharibəyə sürükləməkdən yayınmalıdır. Əks təqdirdə, sülh və sabitliyi pozan hərəkətlərə görə məsuliyyət daşıyacaq. Yaxın Şərqdə eskalasiya heç bir ölkənin xeyrinə deyil", - bəyanatda vurğulanır.
ABŞ Yaxın Şərqdə qüvvələrini gücləndirir

Xatırladaq ki, Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca Yaxın Şərqdə İran və onun tərəfdaşları ilə İsrail arasında gərginlik daha da şiddətlənib. HƏMAS liderinin qətlində İsraili günahlandıran ali dini lider Əli Xamenei bu ölkəyə qarşı hücum əmri verib. ABŞ belə bir mümkün eskalasiya riskindən ehtiyatlanaraq, regiona öz qoşunlarını göndərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   Almaniya   Fransa   İran   xəbərdarlıq  





Xəbər lenti