Lənkəran sakinləri iqlim dəyişikliyinin ətraf mühitə təsiri barədə məlumatlandırılıb

Lənkəran sakinləri iqlim dəyişikliyinin ətraf mühitə təsiri barədə məlumatlandırılıb
  12 Avqust 2024    Oxunub:876
Lənkəran rayonunda "Dəmirağac" Ekoloji İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə Kiçik Qrant Müsabiqəsinə təqdim etdiyi "Ətraf mühitin qorunmasında icma səfərbərliyi" layihəsi çərçivəsində "İqlim dəyişikliyinin ətraf mühitə təsiri" mövzusunda sonuncu yeddinci təlim keçirilib.
Tədbiri "Dəmirağac" Ekoloji İctimai Birliyinin sədri Rüfət Əskərov açaraq, ətraf mühitin qorunmasında icma səfərbərliyindən bəhs edib. Rüfət Əskərov qeyd edib ki, hazırda dünyada baş verən iqlim dəyişikliyi ölkəmizdə müşahidə olunmaqdadır.

“Artıq bu məsələ kənd təsərrüfatı və digər sahələrə təsirini göstərir. Problemi aradan qaldırmaq artıq vətəndaş olaraq hər birimizin qarşısında duran başlıca vəzifələrimizdəndir. Qeyd edilən problemlə bağlı icma üzvləri üçün yeddi təlim keçirilərək ümumilikdə birbaşa 169 nəfər sakin, dolayısı yolla isə hər bir iştirakçı icmada bir ailə üzvü olmasını nəzərə alsaq təqribən 1000 nəfərədək icma sakini maariflənib. Layihənin uğurla həyata keçirilmişdir. Gələcəkdə layihənin müsbət nəticəsini digər qonşu icmalarla da bölüşüb inkişaf etdirməyi planlaşdırırıq”.



Daha sonra təlimçi Rahim Bağırov "İqlim dəyişikliyinin ətraf mühitə təsiri" mövzusunda nəzərdə tutulmuş 7 təlimdən sayca 7-ci təlimi keçirib. Təlimdə qlobal istiləşmə, son illərdə dünya gündəmini zəbt edən uzun mübahisələrə səbəb olan elmi və siyasi bir mövzuya çevrilmisindən; iqlim dəyişikliyi nəticəsində ekstremal hava hadisələrinin sayının və baş vermə sıxlığının artması kənd təsərrüfatına əhəmiyyətli dərəcədə təsir göstərməsindən; kənd təsərrüfatı, başda ərzaq təhlükəsizliyi olmaq üzərə insanların təməl ehtiyaclarını qarşılayan bir sektor olaraq strateji önəmə sahib olmasından və iqlim dəyişikliyinin aradan qaldırılması üçün önləyici metodları icma sakinlərinin diqqətinə çatdırılıb.



Eyni zamanda cari ilin payızında ölkəmizdə keçiriləcək COP29 tədbiri haqqında məlumat verilmiş və tədbirin əhəmiyyəti vurğulanmışdır. Sonda təlim iştirakçılarını maraqlandırılan suallar ətraflı cavablandırılaraq, onlara müvafiq tövsiyələr verilib. Lənkəran rayonu Girdəni kənd icmasının sakinləri Murad Eyvazov və Humra Əsgərova təşkil edilmiş maariflındirici təlimlər barədə öz fikirlərini videosujetlə bildiriblər. Təlimlər intraktiv diskussiya və qarşılıqlı sual-cavab formasında baş tutub.





AzVision.az




Teqlər: Lənkəran  





Xəbər lenti