Diaspor fəalı: "Seçkilər dünya azərbaycanlıları üçün qürur doğuran hadisədir"

   Diaspor fəalı:    "Seçkilər dünya azərbaycanlıları üçün qürur doğuran hadisədir"
  12 Avqust 2024    Oxunub:788
“Azərbaycan artıq ərazi bütövlüyünü tam bərpa edib. Şəxsən mən bir diaspor fəalı olaraq uzun illər ərzində işğal altında saxlanılmış Azərbaycan torpaqlarının azad olunmasına çox sevindim. Bununla bağlı biz də diaspor fəalları olaraq mübarizə aparırdıq. Xüsusilə, müxtəlif elmi praktik konfranslarda, toplantılarda təbliğatlar aparırdım. Artıq torpaqlar tam azad olunub, xalq olaraq suverenliyi tam bərpa edilmiş ölkədə Milli Məclisə seçkilərə hazırlaşırıq. Bizim üçün ən böyük qürur mənbəyi budur”.
Bunu “Seçki 2024”Müstəqil Media Mərkəzinə açıqlamasında “Moskva Azərbaycan icması”nın rəhbəri, Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq hüquq kafedrasının dosenti Oqtay Hüseynov deyib.

Oqtay Hüseynov deyib ki, nəinki Azərbaycan xalqının, xaricdə ölkəmizin təbliğatı üçün çalışanların da arzuları çin olub: “İndi vətəndaşlarımız azad olunmuş torpaqlarımızda səsvermə hüquqlarından istifadə edə bilirlər. Düşmən tapdağından azad olunan ərazilərimizdə sözün həqiqi mənasında seçki bayramıdır. İlk dəfə yerli əhalimiz Qarabağda öz deputatını seçə biləcək. Bu amilin özü belə böyük xoşbəxtlikdir. 1 sentyabrda demokratik seçkilərin keçirilməsi bütün dünyada yaşayan azərbaycanlılar üçün qürur doğuran hadisə olacaq”.
AzVision.az



Teqlər:





Xəbər lenti