"Exit-poll" keçirmək üçün iki təşkilat qeydə alınıb

   "Exit-poll" keçirmək üçün iki təşkilat qeydə alınıb
  12 Avqust 2024    Oxunub:976
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirmək niyyətindədirlər
Bu sözləri Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın iclasında söyləyib.Onun sözlərinə görə, bu təşkilatlar 119 seçki dairəsinin 875 seçki məntəqəsində exit poll” keçirmək üçün müraciət edib:

“Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb. Beləliklə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası və onun amerikalı tərəfdaşı olan quruma “exit poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib”. Qərar səsverməyə qoyularaq, qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti