Blinkendən Ankaraya: "HƏMAS-ı razı salın"

      Blinkendən Ankaraya:    "HƏMAS-ı razı salın"
  13 Avqust 2024    Oxunub:1156
ABŞ Dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Tərəflərin müzakirəsində Qəzzadakı cari vəziyyətdən danışılıb. Xüsusilə isə cümə axşamı günü Qətərin paytaxtı Dohada keçiriləcək atəşkəs sazişi üzrə sammit ətrafında fikir mübadiləsi aparılıb.

(ABŞ Dövlət katibi Antoni Blinken və Türkiyənin XİN rəhbəri Hakan Fidan)
CNN: "HƏMAS lideri atəşkəsə maraqlıdır"

Blinken həmin sammitdə HƏMAS qruplaşmasının vacibliyini vurğulayıb. Çünki HƏMAS liderinin İsraillə razılığa gəlmək niyyəti varsa da, təşkilat daxilində ona müxalif səslər çoxdur: onlar "danışıqlardan kənar atəşkəs" niyyətindədirlər. Belə ki, vasitəçilərdən "ABŞ Prezidenti Co Bayden və BMT Təhlükəsizlik Şurasının irəli sürdüyü atəşkəs planının həyata keçirilməsini" istəyirlər. İsraildə Netanyahu hökuməti isə nəinki belə bir istəyə qol qoyur, ümumiyyətlə, "terrorçularla atəşkəsin onlara təslim olma sayılacağını" dilə gətirirlər.

(İsrailin Baş naziri Benyamin Netanyahu və maliyyə naziri Betsalel Smotriç)

"Baş naziri bu tələyə düşməməyə, özünün qoyduğu "qırmızı xətlə"rlə bağlı güzəştə getməməyə çağırıram", - İsrailin maliyyə naziri Betsalel Smotriç Baş nazir Benyamin Netanyahuya xitabən "X"də yazıb.

Blinken türkiyəli həmkarı Hakan Fidana zəngində bu məqamı diqqətə çatdıraraq, görünür ki, ondan HƏMAS-ı sammitə gəlmək üçün razı salmağı eyhamlı şəkildə "xahiş edir". Çünki bu qruplaşma ilə Türkiyə arasında münasibətlərin münasibətlərin yönü və səviyyəsi Vaşinqtona yaxşı məlumdur.

Digər tərəfdən, maraqlıdır ki, ABŞ-nin Türkiyədəki səfiri Cef Fleyk İstanbulda jurnalistlərlə dəyirmi masada "Ankaranın Yaxın Şərqdəki gərginliyə arxayınlıqla yanaşdığını" söyləyib.

(ABŞ-nin Türkiyədəki səfəri Cef Fleyk)

"Ankara inanır ki, İsrail-İran-"Hizbullah" gərginliyi genişmiqyaslı müharibəyə çevrilməyəcək. Əlbəttə, bu istiqamətdə lazımi səyləri də göstərirlər. Hər halda, bizdən daha əmin görünürlər ki, eskalasiya baş verməyəcək", - səfir vurğulayıb.

Antoni Blinkenin Türkiyəni n XİN rəhbəri Hakan Fidana eyhamlı xahişi ilə bu ölkə səfirinin "Ankara yaxındır" açıqlaması bir-birini maraqlı şəkildə tamamlayır. Axı Vaşinqton bilir ki, Ankara belə bir xahişi HƏMAS-a, böyük ehtimalla, çatdırmayacaq və səfirin də dediyi kimi, "özü lazımi səylər göstərəcək". Əlbəttə, Türkiyəni araya vasitəçi kimi salmaq, münaqişə meydanına çəkmək istəyi başqa niyyətdən xəbər verir...

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Türkiyə   HƏMAS   atəşkəs  





Xəbər lenti