Aydın Quliyev: “Seçkilər dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyır”
Siyasi ekspert qeyd edib ki, sentyabrın 1-də baş tutacaq seçkilərdən sonra Azərbaycan parlamenti tarixində dövlətin suverenliyinə və ərazi bütövlüyünə söykənən ilk Milli Məclis formalaşdırılacaq: “Bu, həqiqətən də böyük nailiyyət olacaq. Çünki Azərbaycan otuz il ərzində belə bir Milli Məclis formalaşdıra, indiki kimi seçkilər keçirə bilməyib. Bu, Ermənistanın işğalçılıq siyasəti üzündən reallaşmırdı. İndi isə biz ilk dəfə olaraq Azərbaycanın tamamlanmış suverenliyinə və bütöv ərazi prinsipinə söykənən seçkini keçirə biləcəyik. Bunlar həm böyük dövlətçilik nailiyyətidir, həm də yeni parlamentin üzərinə çox böyük məsuliyyət qoyacaq. Yeni formalaşacaq Milli Məclisin deputat korpusu bəzi mühüm məqamları öz fəaliyyətində nəzər almalıdır. Onlar bir an da olsun unutmamlıdırlar ki, həmin məsul şəxslər müstəqil Azərbaycanın tarixində suverenlik və ərazi bütövlüyü prinsipi çərçivəsində seçilmiş və bu şərəfi daşıyan ilk deputatlar olacaqlar”.
AzVision.az
Teqlər: Seçki