Zaqatalada qanunsuz tikili sökülüb

Zaqatalada qanunsuz tikili sökülüb
  14 Avqust 2024    Oxunub:749
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib. Bildirilib ki, Zaqatala şəhəri ərazisində vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib:

"FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb".

AzVision.az



Teqlər:





Xəbər lenti