Azərbaycanlı iş adamı zorlamaya görə tutuldu

Azərbaycanlı iş adamı zorlamaya görə tutuldu
  11 İyul 2014    Oxunub:1145
Rusiyanın Tolyatti şəhərində topdansatış bazarının direktoru olan 48 yaşlı Azərbaycan vətəndaşı zorlamaya görə həbs edilib.
Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, Tolyattinin mərkəzi rayon məhkəməsi onun 17 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlərinə görə barəsində həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, zərərçəkənin valideynləri mayın 26-da polisə şikayət ərizəsi verərək bildiriblər ki, “Larina” topdansatış bazarının direktoru olan azərbaycanlı onların qızına qarşı zorakı seksual hərəkətlər edib.

Bu şikayət ərizəsi əsasında cinayət işi qaldırılıb və bazar direktoruna qarşı ittiham irəli sürülüb. Onun adı açıqlanmır.


Teqlər:





Xəbər lenti