Su quyusuna düşən ata və qızının meyiti çıxarılıb

   Su quyusuna düşən ata və qızının meyiti çıxarılıb
  14 Avqust 2024    Oxunub:920
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti