Kirayə evlərin qiyməti artacaq

   Kirayə evlərin qiyməti artacaq
  20 Avqust 2024    Oxunub:996
Yeni tədris ilinin başlamasına 1 ay qalıb. Ali təhsil üçün rayonlardan Bakıya üz tutan tələbələrin axını indidən başlayıb.
Bundan başqa 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la əlaqədar ölkəmizə xeyli sayda turist axını gözlənilir.

Bütün bunlar kirayə evlərin qiymətlərini artıracaqmı?

30 minə kirayə verilən bağ evləri - Bu yay da qiymətlər "əl yandıracaq"
Mövzu ilə bağlı AzVision.az -a danışan mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, sentyabr ayından tələbələrin Bakıya qayıtması kirayə evlərin qiymətlərində artım ehtimalını gücləndirir.

"COP29 tədbiri ilə bağlı turist axını nəticəsində də qiymətlərdə artım ola bilər. Belə ki, ənənəvi qiymət artımından fərqli olaraq, bu dəfə şəhər mərkəzinə yaxın ərazilərdə, yaxşı təmirli, tam kommunal şəraiti olan evlərdə daha çox artım olacaq. Hökumət ayrı-ayrı istiqamətlər üzrə tədbirlər görür. Bu müddət ərzində otel sayını artırmaq mümkün olmayacaq. Amma bunun əvəzinə sahibkarlarla intensiv əlaqələr nəticəsində müəyyən qədər bazara təmirli və kommunal şəraiti əlverişli olan mənzil çıxartmaq olar. Mənzillərin satışa çıxarılması isə sonrakı mərhələdə olacaq.

Ümumiyyətlə, qiymət artımının ötənilki dövrlərlə müqayisədə daha kəskin, dinamik şəkil aldığını müşahidə edirik. Bunun əsas səbəbi ölkədə köhnə mənzil fondunun azalması, gəlirlilik dərəcəsinin və yeni tikililərdə təklif olunan bahalı mənzillər üzrə kirayə qiymətlərinin artımıdır. Digər səbəb isə tələbin təklifi qarşılamamasıdır. Qiymət artımının qarşısını hansısa inzibati üsullarla almaq mümkün deyil".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   kirayəev   tələbə   COP29  





Xəbər lenti