İsrailin XİN rəhbəri ingilis və fransız həmkarları ilə görüşüb

   İsrailin XİN rəhbəri ingilis və fransız həmkarları ilə görüşüb
  16 Avqust 2024    Oxunub:1030
İsrailin xarici işlər naziri İsrael Kats ilə bu ölkəyə səfərə gələn britaniyalı həmkarı Devid Lemmi və fransalı həmkarı Stefan Sejurne arasında görüş baş tutub.
İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb ki, nazir danışıqlar zamanı "İrana qarşı həmrəylik"lə bağlı öz xahişini diqqətə çatdırıb.

"Tehran hücuma keçərsə, koalisiyanın təkcə müdafiədə yox, İrandakı əhəmiyyətli hədəflərə hücumda da İsrailə dəstəyini gözləyirik", - nazir vurğulayıb.

O həmçinin bildirib ki, "İsrail HƏMAS-la əsir mübadiləsinə hazırdır".

"Hər halda, çox güman ki, HƏMAS İranın gözlənilən hücumu ərəfəsində öz tələblərini sərtləşdirəcək", - Kats deyib.

Yeri gəlmişkən, İsrailin "Ynet" internet qəzetinin məlumatına əsasən, "Tehranın mümkün hücumu ali hökumət məmurlarının sui-qəsdlə öldürülməsi şəklində həyata keçirilə bilər".
İsrail mediası: "İran sui-qəsd planlaşdırır"

"Belə bir təhlükə ilə bağlı artıq nazirlərə ölkənin təhlükəsizlik nümayəndələri tərəfindən xəbərdarlıq göndərilib. Nazirlərlə yanaşı millət vəkilləri, ordu zabitləri, habelə "Şin-Bet" (daxili təhlükəsizlik xidməti) və "Mossad"ın (xarici kəşfiyyat agentliyi) ali rütbəli məmurları "ayıq-sayıq davranmalıdırlar", - qəzet yazır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Fransa   Britaniya  





Xəbər lenti