MSK sədri yerli və beynəlxalq müşahidəçilərin sayını açıqladı

MSK sədri yerli və beynəlxalq müşahidəçilərin sayını açıqladı
  16 Avqust 2024    Oxunub:1074
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 93 744 yerli müşahidəçi akkreditasiyadan keçib.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. O bildirib ki, bu müşahidəçilərdən 5859 nəfəri Mərkəzi Seçki Komissiyasında, 88 105 nəfəri dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 39 beynəlxalq qurumdan və 46 ölkədən 321 nəfər akkreditə olunub.

AzVision.az


Teqlər: MSK  





Xəbər lenti