S-300 “Favorit”lər döyüşə hazır vəziyyətə gətirilib - VİDEO

   S-300 “Favorit”lər döyüşə hazır vəziyyətə gətirilib -    VİDEO
  17 Avqust 2024    Oxunub:812
Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, təlim zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanı döyüşə hazır vəziyyətə gətirərək mövqe rayonlarına marş edib, start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını yerinə yetiriblər.

Təlimdə vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra edilib.

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasıdır.




AzVision.az



Teqlər:





Xəbər lenti