DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - VİDEO

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib -  VİDEO
  17 Avqust 2024    Oxunub:986
Azərbaycan Sərhəd Mühafizəsinin 105 illik yubileyi ərəfəsində avqust ayının 17-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi hеyəti Fəxri xiyabanda Ulu Öndər Hеydər Əliyеvin əziz xatirəsini dərin hörmətlə yad edib, məzarı önünə gül dəstələri qоyublar.
Görkəmli oftalmoloq – alim, akadеmik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb.

Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi anılaraq "Əbədi məşəl" abidəsinin önünə əklil qоyulub.

İlk sərhədçi milli qəhrəman Eldar Harun oğlu Məmmədоvun məzarı ziyarət edilib.


AzVision.az


Teqlər: DSX  





Xəbər lenti