Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin mətbuat xidmətlərindən
AzVision.az-a verilən məlumata görə, tədbir nəticəsində Rzayev Nurlan Əlirza oğluna məxsus 1 ədəd "M-75" markalı əl qumbarası, 1 ədəd partladıcı, 18 ədəd 7,62 mm avtomat gülləsi, 1 ədəd avtomat darağı Nərimanov rayonu, Ziya Bünyadov prospektində körpünün altında aşkarlanaraq götürülüb.
Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az