Sabah yağmursuz hava şəraiti gözlənilir

Sabah yağmursuz hava şəraiti gözlənilir
  17 Avqust 2024    Oxunub:770
Avqustun 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a məlumat verilib ki, gündüz havanın qısa müddətə tutulacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° , gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

AzVision.az


Teqlər: hava  





Xəbər lenti