Pakistanlı jurnalist: "Seçkilər Azərbaycan demokratiyasını dünyaya bir daha nümayiş etdirəcək”

   Pakistanlı jurnalist:    "Seçkilər Azərbaycan demokratiyasını dünyaya bir daha nümayiş etdirəcək”
  17 Avqust 2024    Oxunub:646
"Vətəndaşların öz nümayəndələrini seçdiyi hər bir seçki prosesi ölkənin demokratik inkişafı üçün olduqca vacibdir. Budəfəki parlament seçkilərinin də ölkədə demokratiyanın möhkəmlənməsi üçün müsbət addım olacağına əminəm".
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Pakistanın Kəşmir Gənclər Forumu beyin mərkəzinin icraçı direktoru, jurnalist Zaman Bajva deyib.

Jurnalistin fikrincə, 1 sentyabrda keçiriləcək seçkilər ona görə tarixi hadisə olacaq ki, proses ilk dəfə olaraq Azərbaycanın bütün ərazisini əhatə edəcək.

"Seçkilər artıq işğaldan azad edilmiş ərazilərdə də keçiriləcək. Həmin bölgələrə qayıtmış Azərbaycan vətəndaşları öz doğma torpaqlarında ilk dəfə seçki hüquqlarından istifadə edəcəklər. Bundan başqa, seçkilərin COP29-a bir ay qalmış keçirilməsi də təqdir olunmalıdır. Çünki bu amil ölkədəki demokratiya ilə bağlı dünya ictimaiyyətinə müsbət təsir göstərəcək".

Zaman Bajva Azərbaycanda baş verən müsbət siyasi hadisələrə hər zaman sevindiyini söyləyib: "Azərbaycan Pakistana qardaş ölkədir və strateji tərəfdaşdır. Ona görə də biz Azərbaycan xalqına sentyabrın 1-də keçiriləcək parlament seçkilərində uğurlar arzulayırıq".
AzVision.az



Teqlər:





Xəbər lenti