Milli Xalça Muzeyinə qədim Şuşa xalçası hədiyyə olunub - FOTOLAR

Milli Xalça Muzeyinə qədim Şuşa xalçası hədiyyə olunub -    FOTOLAR
  17 Avqust 2024    Oxunub:896
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası növbəti unikal sənət nümunəsi ilə zənginləşib.
AzVision.az xəbər verir ki, Almaniyanın Berlin şəhərində yaşayan, "İşıq yol" Azərbaycan Ədəbiyyat və Mədəniyyət Cəmiyyətinin üzvü, kolleksiyaçı Hocat Abasi muzeyə 1825-ci ildə Şuşada toxunan Qarabağın “Açma-yumma” xalçasını hədiyyə edib.

Vətənindən ayrı düşən 199 yaşlı nəfis əsərin doğma yurdunda - muzeyin Şuşa filialında sərgilənməsinin ən böyük arzularından olduğunu deyən kolleksiyaçı istəyini reallaşdıra bildiyi üçün özünü xoşbəxt hiss etdiyini vurğulayıb.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova nəcib təşəbbüsünə, nadir sənətkarlıq nümunəsini muzeyə təmənnasız bağışladığına görə Hocat Abasiyə dərin təşəkkürünü bildirib. Maraqlı kompozisiyası, rəng harmoniyası və ornamentlərinin zənginliyi ilə seçilən "Açma-yumma" xalçasının muzeyin Şuşa filialının ekspozisiyasında öz yerini tutacağını söyləyib.

Xalçanın ara sahəsi və haşiyələri həndəsi, nəbati naxışlar, stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib.

AzVision.az

Qalereya




Teqlər: Milli-Xalça-Muzeyi   Şuşa  





Xəbər lenti