Yuri Laqunin: “İndiki parlament seçkisi Azərbaycanda sabitliyin göstəricisidir”

   Yuri Laqunin:    “İndiki parlament seçkisi Azərbaycanda sabitliyin göstəricisidir”
  17 Avqust 2024    Oxunub:625
“Azərbaycan Qafqazda sabitlik adasına çevrilir. Parlament seçkisi bu statusu bir daha təsdiq edir. Milli Məclis seçkisi imkan verir ki, yeni nəsil siyasətçilər özlərini ifadə etsinlər, Azərbaycanın və bütün regionun inkişafına töhfə versinlər”.
Bunu israilli ictimai xadim, “News Wall Israel” qəzetinin redaktoru Yuri Laqunin “Seçki 2024”Müstəqil Media Mərkəzinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan yeni dövrə qədəm qoyur. Seçkilər yeni dövrdə hakimiyyətin legitimliyini nümayiş etdirəcək: “Vətəndaşın iradəsi ilə formalaşan dövlətin gələcəyi həmişə müsbət dinamikaya malik olur. Hökumətin və vətəndaş cəmiyyətinin sabitliyi iqtisadi inkişaf üçün də bir əsasdır. Harada ki, təlatümlər, iğtişaşlar yoxdur, oraya mütləq şəkildə maliyyə və investisiyalar axır. Bu, aksiomadır. Seçkilər isə buna əla zəmanətdir. Təbii ki, bu, həm də dövlət üçün böyük məsuliyyətdir, lakin əminəm ki, Azərbaycan bunun da öhdəsindən çox yaxşı gələcək”, - deyə Yuri Laqunin fikrini yekunlaşdırıb.
AzVision.az



Teqlər:





Xəbər lenti