Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı - FOTOLAR

   Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı    -  FOTOLAR
  17 Avqust 2024    Oxunub:958
“Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi barədə” sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyətin aradan qaldırılması təmin edilib.
AzVision.az xəbər verir ki, xidmətin əməkdaşlarının və “Təmiz şəhər” ASC-nin işçilərinin köməyi ilə sahələrin tullantılardan təmizlənməsi təşkil olunub, toplanmış tullantılar Xankəndi poliqonuna daşınıb.

Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb.

Əhalinin diqqətinə çatdırırıq ki,
ictimai yerlərə, yol kənarlarına, təbiət ərazilərinə məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edir: Ölkəmizin bütün ərazilərinin təmiz saxlanılması, tullantılarla çirkləndirilməməsi hər birimizin vətəndaşlıq borcudur. Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti