Bakıda saunada yanğın olub

   Bakıda saunada yanğın olub
  18 Avqust 2024    Oxunub:1139
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan obyektin (sauna kimi fəaliyyət göstərir) dəhlizinin taxta örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
AzVision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti