Xalq artisti: “Suveren Azərbaycanda səs vermək bizə ruh yüksəkliyi gətirir”

   Xalq artisti:    “Suveren Azərbaycanda səs vermək bizə ruh yüksəkliyi gətirir”
  18 Avqust 2024    Oxunub:549
“Sentyabrın 1-nə təyin olunmuş Mili Məclisə seçkilər xalqımız, dövlətimiz üçün çox böyük əhəmiyyətə malikdir. Qarabağda, Şərqi Zəngəzurda yerli əhalinin seçim etməsi, deputatların məhz bu bölgələrdə seçicilərdən səs toplaması siyasi baxımdan xüsusi anlam daşıyır”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti, professor, Dövlət mükafatı laureatı, tarzən Ramiz Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan xalqı ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ilk dəfə Milli Məclisə keçirilən seçkilərə ölkənin bütün ərazilərində qatıldığı üçün qürur hissi keçirir: “Mənim də sevincimin həddi-hüdudu yoxdur. Bütün seçiciləri, xalqımızı seçkilərdə fəal olmağa çağırıram. Xüsusən də azad olunan ərazilərə qayıtmış vətəndaşlar seçkiyə bayram əhvalında getməlidirlər. Azad, suveren Azərbaycanda səs vermək bizə ruh yüksəkliyi verir. Biz torpaqları hərbi yolla işğalçılardan geri ala bildik, ərazi bütövlüyümüzü tam bərpa etdik. İndi isə bu tarixi nailiyyətlərimizi siyasi cəhətdən tamamlamaq lazımdır. Həmin ərazilərdə iqtisadi-sosial xarakterli tədbirlərdən sonra seçkilərin də keçirilməsi labüd və vacib idi. Mən özüm də işğaldan azad olunan ərazidən - Ağdam kimi gözəl guşədənəm. Nəinki bu torpaqlar, ölkəmizin hər yeri, suveren Azərbaycan mənim Vətənim sayılır”.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti