MSK seçkilərə dair yeni videoçarx hazırlayıb

MSK seçkilərə dair yeni videoçarx hazırlayıb
  18 Avqust 2024    Oxunub:667
Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərə dair yeni videoçarx hazırlayıb.
“Səsvermədə iştirak edək” adlı videoçarxda sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçiriləcəyi xatırladılıb, MSK seçiciləri səsvermədə fəal iştiraka çağırıb. “Səsimiz həlledicidir!”, “Səsvermədə fəal iştirak edək!”, - deyə videoçarxda çağırış edilib.


Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Videoçarxı təqdim edirik:

AzVision.az



Teqlər:





Xəbər lenti