Nazim Hüseynov: “İdmançıları səsvermədə fəal olmağa çağırıram”

   Nazim Hüseynov:    “İdmançıları səsvermədə fəal olmağa çağırıram”
  18 Avqust 2024    Oxunub:594
“Bu gün gənclərimizə, dövlətimizin uğurlarına baxanda çox sevinirəm. Bizim gənclik illərimiz təlatümlü bir keçid dövrünə təsadüf edib. İndi idmançılarımızın uğuru illər ərzində gənclər siyasətinə, idmana ayrılan diqqət və qayğının nəticəsidir”.
Bu fikirləri XXV Yay Olimpiya Oyunlarında (1992-ci il) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Nazim Hüseynov “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında bildirib.

O, 30 ildən sonra Milli Məclisə seçkilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də təşkil olunmasını əlamətdar hadisə adlandırıb: “Bu, ölkəmizin tarixi ədaləti bərpa etməsi, xalqımız üçün başucalığı sayılan mühüm hadisədir. İdmançılarımızı bu seçkilərdə, səsvermədə aktivlik göstərməyə, bu mühüm tarixi hadisənin iştirakçısı olmağa çağırıram”, - deyə ilk Olimpiya çempionu əlavə edib.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti