Vətən Müharibəsi Qəhrəmanı: “Seçkilərin Azərbaycanın bütün ərazisində keçirilməsi tarixi hadisədir"

   Vətən Müharibəsi Qəhrəmanı:    “Seçkilərin Azərbaycanın bütün ərazisində keçirilməsi tarixi hadisədir"
  18 Avqust 2024    Oxunub:1137
“Parlament seçkilərinin Azərbaycanın bütün ərazisində keçirilməsi və bütün vətəndaşlarımızın öz doğma torpaqlarında səs verə bilməsi çox sevindirici və tarixi bir hadisədir. Bu il fevralın 7-də Prezident seçkilərinin bütün ərazilərimizdə keçirilməsi bizi necə qürurlandırmışdısa, bu gün parlament seçkiləri də bizə o cür qürur hissləri yaşadır”.
Bu fikiriləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov deyib.

O bildirib ki, ilk dəfə olaraq xalqımızın bütün nümayəndələri parlament seçkilərində öz doğma torpaqlarında yaradılmış seçki məntəqələrində rahat və azad şəkildə öz namizədlərinə səs verəcəklər.

“Şəhidlərimizin qanı, qazilərimizin canı bahasına zəfər qazandıq. Bütün bir xalq olaraq düşmənin başını dəmir yumruqla əzdik. Bu gün şəhidlərimizin ruhu şaddır ki, onların qanı yerdə qalmadı, qisasları alındı, onların uğrunda canlarını verdiyi torpaqlar azaddır. Bunun bir parçası olmaq bizi qürurlandırır və hər zaman Azərbaycanımızın bu cür azad, bütöv, güclü və qüdrətli olmasını arzu edirəm”, - deyə Vətən Müharibəsi Qəhrəmanı əlavə edib.
AzVision.az




Teqlər: Seçki  





Xəbər lenti