Liftdə qalmışdılar, FHN köməyə gəldi - Video

Liftdə qalmışdılar, FHN köməyə gəldi -    Video
  18 Avqust 2024    Oxunub:526
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski və Yasamal rayonu, Məhəmməd Xiyabani küçələrində doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Bu barədə AzVision.az -a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 3 nəfər xilas edilib.



AzVision.az


Teqlər:





Xəbər lenti