Moskvadan Kiyevə sonuncu XƏBƏRDARLIQ

Moskvadan Kiyevə sonuncu XƏBƏRDARLIQ
  11 İyul 2014    Oxunub:867
Rusiya XİN-i bu ölkənin Nəzarət-Keçid Məntəqəsinin (NKM) atəşə tutulması ilə bağlı Ukrayna tərəfinə etiraz notası təqdim edib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, notada belə bir halın təkrarlanacağı tədiqdə bütün məsuliyyətin Kiyevin üzərinə düşdüyü vurğulanıb.

“Ukrayna tərəfinin bu hərəkətləri beynəlxalq normaları kobud şəkildə pozur. Rusiya tərəfi Ukrayna tərəfinə qətiyyətli şəkildə etiraz edir və Rusiya ərazisini atəşə tutmağı dayandırmağı tələb edir. Bu halların təkrarlanacağı təqdirdə bütün məsuliyyət və onun nəticələri Kiyev hakimiyyətinin üzərinə düşür” – deyə, Rusiya XİN-in bəyanatında bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti