"Neftçi" "Sabah"a məğlub oldu

    "Neftçi" "Sabah"a məğlub oldu
  18 Avqust 2024    Oxunub:548
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun növbəti görüşü keçirilib.
AzVision.az xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan matçda "Neftçi" "Sabah"la qarşılaşıb.

Oyun "bayquşlar"ın 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. 54-cü dəqiqədə Amin Seydiyev penalti zərbəsindən hesabı açıb. 76-cı dəqiqədə isə Coy Lens Mikels qarşılaşmada son nöqtəni qoyub.

Qeyd edək ki, turun digər görüşlərində "Turan Tovuz" "Kəpəz"ə 3:0, "Sumqayıt" isə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti